Menyu

Kolumbiyada zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB

Operativ Media
Kolumbiyada zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB

Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.

Operativ Media xəbər verir ki, ümumilikdə 3977 nəfər yaralanıb.

Daha 379 nəfər hələ də itkin düşmüş hesab edilir.

Qeyd edək ki, Kolumbiyanın qərbində avqustun 10-da 7,4 bal gücündə zəlzələ baş verib. 

08:35

Avqustun 10-da Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində azı 281 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə yerli "Blu Radio" radiostansiyası məlumat yayıb.

3 971 nəfər xəsarət alıb, 379 nəfər isə itkin düşmüş hesab olunur. Ən çox ölüm faktı Kali şəhərində qeydə alınıb, burada 96 nəfər təbii fəlakətin qurbanı olub.

Zəlzələ ölkənin qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.

Bundan əvvəl zəlzələ nəticəsində 273 nəfərin həlak olduğu bildirilmişdi.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər