Avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub
Operativ Media
Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
Operativ Media xəbər verir ki, 1973-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Cavanşirli Ehtiram Cavanşir oğlu idarə etdiyi "Toyota Prius markalı avtomobillə Quba-Bakı yolunun Sumqayıt şəhərindən keçən 33-34-cü kilometrliyində hərəkətdə olarkən piyada 1969-cu il təvəllüdlü Məmmədov Arif Hüseynqulu oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net