Menyu

Putin və Tokayev regional məsələləri müzakirə edib

Nərmin Qocamanlı
Putin və Tokayev regional məsələləri müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Dövlət başçıları Qazaxıstan-Rusiya əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən energetika, sənaye və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsinə dair sazişlərin icrasına baxılıb. Mədəni-humanitar qarşılıqlı əlaqələrin dinamik inkişafı qeyd edilib.

Qazaxıstan Prezidentinin Rusiya Federasiyasına qarşıdan gələn dövlət səfərinə hazırlıq işlərinə xüsusi diqqət yetirilib.

Görüşdə həmçinin aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər