Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb
Şəfa Hüseynli
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında paylaşım edib.
"Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın inkişaf etdirilməsi, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir", - XİN-in paylaşımında qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma