Yaponiya və NATO ikitərəfli əlaqələri gücləndirmək barədə razılığa gəliblər
Nərmin Qocamanlı
Yaponiyanın baş naziri Kişida Fumio və NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Çin hərbi əlaqələri ilə bağlı narahatlıqlarını ifadə edərək, Yaponiya-NATO əlaqələrini gücləndirmək barədə razılığa gəliblər.
"Operativ Media" xəbər verir ki, Kişida Tokioda NATO-nun baş katibi Stoltenberq ilə görüşüb.
Kişida birgə mətbuat konfransında Avropanın Hind-Sakit Okean regionunda artan əlaqəsini alqışladıqlarını bildirib.
Yaponiyanın 2022-ci ilin dekabrında yenilənən milli təhlükəsizlik strategiyasını NATO baş katibinə izah etdiyini və bununla bağlı dəstək aldığını qeyd edən Kisida, Yaponiya-NATO əlaqələrini gücləndirmək üçün razılaşdıqlarını ifadə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net