Menyu

Qaribaşvili: Azərbaycanla dəmir yolunun modernləşdirilməsi gələn ilə qədər başa çatacaq

Operativ Media
Qaribaşvili: Azərbaycanla dəmir yolunun modernləşdirilməsi gələn ilə qədər başa çatacaq

Gürcüstan və Azərbaycan arasında dəmir yolunun modernləşdirilməsi 2024-cü ilə qədər başa çatacaq.

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos Dünya İqtisadi Forumunda bildirib.

"İndiki mərhələdə Gürcüstan-Azərbaycan dəmir yolunun ötürücülük qabiliyyəti ildə 25 milyon ton yük təşkil edir. 2024-cü ilin sonuna qədər onun modernləşdirilməsini başa çatdıracağıq, ötürücülük isə 48 milyon ton olacaq", - Qaribaşvili qeyd edib.

Gürcüstanın Baş naziri həmçinin vurğulayıb ki, ölkələr arasında münasibətlər zamanın sınağından çıxıb. Sözügedən iki dövlət birgə bir sıra tarixi layihələr reallaşdırıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər