Menyu

ABŞ Dövlət Departamentinin idarə direktoru Mark Kemeron Azərbaycana səfər edib"

ABŞ Dövlət Departamentinin idarə direktoru Mark Kemeron Azərbaycana səfər edib"

Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

ABŞ səfirliyindən "Operativ Media"ya verilən xəbərə görə, o, Bakıda olarkən səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək.

Mark Kemeron həm Gürcüstanda, həm də Türkiyənin Adana və Ankara şəhərlərində xidmət edib.

“O, öz görüşlərində qeyd edəcək ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır. O, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq”, - məlumatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər