ABŞ Vitse-prezidenti: İranla bağlanmış müqaviləyə riayət etmək onun ən vacib göstəricisi olacaq
Operativ Media
“Tehranın ABŞ ilə müqavilənin şərtlərinə ciddi şəkildə riayət etməsi onun uğurunun ən vacib göstəricilərindən biri olacaq”.
Operativ Media xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens bildirib.
"Əlbəttə ki, bu razılaşmanın uğurlu olub-olmadığını müəyyən edəcək ən vacib şeylərdən biri iranlıların kağız üzərində yazdıqları deyil, onların əldə etdiyimiz razılaşmanın şərtlərinə həqiqətən əməl edib-etməmələridir", - deyə o, Fox News-a verdiyi müsahibədə qeyd edib.